Əməliyyat haqqında

Güzəştli pul çıxarışı kampaniyasına start verildi

Portmanatdan pul çıxarmaq indi daha sərfəlidir. İlk 200 AZN həcmində pulun çıxarılmasına görə xidmət haqqı cəmi 1% oldu.


Aylıq 200 manata qədər pul çıxarışlarında tutulan xidmət haqqı artıq 1% olacaqdır. Çıxarışların cəm məbləği aylıq 200 manatı keçdikdə isə xidmət haqqı köhnə faizlə (4% + 1 AZN və ya 5%) olacaqdır.
Pul köçürmə xidməti ilə siz yaxınlarınıza rahatlıqla pul göndərə bilərsiniz. Bu xidmətdən yararlanmaq üçün Portmanat hesabı açıb, balansınızı artırmaq lazımdır. Daha sonra Portmanat plastik kartını əldə edərək hesabınızdakı pulu nağdlaşdırmaq imkanınız olacaq.

Karta pul çıxarma xidməti hesabınızda olan pulu Portmanat kartınıza köçürərək bank kartının bütün xidmətlərindən yararlanmaq imkanı yaradır. Kart vasitəsilə ödənişlərinizi edə və yaxud da pulunuzu bankomatlarda nağdlaşdıra bilərsiniz. Əməliyyat yalnız sizin hesaba bağlı olan Portmanat kartla mümkündür. Əgər Portmanat kartınız yoxdursa ilk öncə kart sifarişi etmək lazımdır.