Əməliyyat haqqında

Hər bir biznesin əsas məqsədi pul qazanmaqdır. Buna görə də göstərilən xidmətlər və ya satılan məhsullar müqabilində qazanılan pulların müştərilərdən toplanması önəmlidir. Mobile Payment Systems şirkətinə məxsus Portmanat onlayn ödəmə xidməti özündə müasir ödəmə metodlarını birləşdirərək hər bir biznesə uyğun gələcək peşəkar xidmət təklif edir. Siz müştərilərinizə Portmanat vasitəsilə asan və sürətli ödəmə rahatlığı verirsiniz və əvəzində daha çox qazanırsınız.

Portmanat müştərinin pulunu satıcıya – yəni sizə - tam güvənli və təhlükəsiz qaydada çatdırır.

Portmanat onlayn ödəmə xidmətləri haqqında daha ətraflı məlumat və qoşulma qaydaları aşağıda izah olunmuşdur.


Texniki kömək almaq üçün bizə email yaza bilərsiniz: [email protected]

Portmanat - Mobile Payment Systems şirkəti tərəfindən təmin olunan, onlayn ödəmə prosesini sürətləndirmək və sadələşdirmək məqsədi daşıyan, onlayn ödənişlərin emalını həyata keçirən elektron xidmətdir.

Portmanatın E-pulqabı sizin istifadəçilərinizə mal və ya xidmətlərin onlayn ödənişlərini tez və təhlükəsiz həyata keçirmək imkanı verir.

İnternet səhifəsini Portmanat-a qoşmaqla, siz alıcıya ödəmə üsullarından birini sərbəst seçmək imkanı verirsiniz. Bu proqram təminatını yükləyərək siz istifadəçilərinizə e-pulqabının iki xidməti - Portmanat Account və Portmanat Code vasitəsilə ödəmə imkanı verirsiniz. APIOpencart extensionWordpress pluginWordpress plugin (woocommerce)Android SDKiOS SDK
Qeydiyyatdan keç
Portmanat Card elektron ödənişlər sisteminə qoşularaq, siz ödənişləri "Bank Kartları" vasitəsilə qəbul edə bilərsiniz. Malların və xidmətlərin hər hansı bir onlayn satıcısı Portmanat Card sistemi vasitəsilə ödənişləri qəbul edə bilər. Əgər müştəri belə bir internet səhifəsinə daxil olursa və Portmanat Card vasitəsilə ödəniş etmək istəyirsə, o bunu bir neçə dəqiqə ərzində edə bilər. Pul vəsaitinin qəbul edilməsini və satıcı lehinə köçürülməsini Mobile Payment Systems şirkəti həyata keçirir, satıcı isə müştərinin hətta bank kartının rəqəmlərini "görmür" – ona yalnız Portmanat Card-dan pul vəsaiti daxil olur. API Qeydiyyatdan keç