Təhlükəsizlik

Portmanat olaraq sizə müasir IT texnoloqiyalarının təmin etdiyi ən təhlükəsiz xidməti göstəririk. Məlumatların şifrələnməsi ən son proqram həlləri vasitəsi ilə baş tutur. Müasir platformalar və məlumatların iki tərəfli təhlükəsizlik kanalları vasitəsi ilə ötürülməsi əməliyyatların təhlükəsizliyinə zəmanət verir.
Portmanat serverleri bütün standartlara cavab verən şəraitdə, şirkətin daxilində, öz ofisimizdə mühafızə olunan otaqlarda yerləşir. Daimi monitorinq və mütəxəsislərin nəzarəti hər hansı bir potensial problemi dərhal aradan qaldırmağa imkan yaradır.
Məlumatların müştəridən Portmanat sisteminin serverinə ötürülməsi SSL EV (Extended Validation Secure Sockets Layer) protokolu vasitəsilə həyata keçirilir. Bu sertifikat, həm dövlət obyektlərində, həm də müxtəlif korporasiyalarda-banklarda, səhmdar cəmiyyətlərdə məlumatların mühafizəsi üçün istifadə olunur. SSL-protokoldan istifadə edən sayta giriş zamanı görünən yaşıl rəngli ünvan sətri təhlükəsizliyə bir zəmanətdir. Yaşıl sətir internet istifadəçisi ilə alış-veriş sahəsi arasındakı mühafizə olunan kanalın mövcudluğundan xəbər verir. Bu sətir bildirir ki, saytda məxfi məlumatların şifrələnməsinin ən yüksək səviyyəsi tətbiq olunur. Həmçinin, 24 saat ərzində saytın zərərverici proqramların mövcudluğuna qarşı yoxlanması həyata keçirilir. Əslliyin həqiqi yoxlanması, etibarlılığın indikasiyası və dayanıqlı şifrələnməyin tətbiqi tələb olunan bütün hallarda yüksək etibarlılıq dərəcəsi olan SSL-sertifikatlar istifadə olunur.
Bilməlisiniz ki
Portmanat vasitəsi ilə aparılan bütün əmaliyyatlar “Arxiv” adlanan bölmədə yadda saxlanılır. Ödəniş etdikdən sonra “Arxiv” bölməsinə baxıb əməliyyatın baş tutduğundan əmin ola bilərsiniz.
“Arxiv”-də əks olunan bütün məlumatlar əmaliyyatın, ödənişin həyata keçdiyini göstərən qanuni “sənəd”-dir və istənilən hüquqi məsələdə sübut kimi göstərilə bilər.
Təhlükəsizlik nöqtəyi nəzərindən və dələduzluq riskinin aradan qaldırmaq məqsədilə müştərilərə 3 aydan bir hesab şifrəsini yeniləmələri tövsiyə edilir.
Durmadan artan müştərilər və partnyorlarımızın sayı onu sübut edir ki, həm fiziki həm də hüquqi şəxslər bizə güvənir və ödəniş əmaliyyatlarını bizə etibar edirlər. Portmanat təhlükəsizliyə zəmanət verir və istənilən hüquqi məsələdə müştərilərinin yanındadır.